Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16675
az

Qəhvə zərəri barədə YENİ ARQUMENT

17:3512 Avqust, 2019
516
CƏMİYYƏT
  • A
Amerikalı alimlər hesab edirlər ki, qəhvə və kofein tərkibli içkilərin böyük həcmdə istehlakı güclü baş ağrılarına meylli adamlarda miqrenin əmələ gəlməsinə səbəb ola bilər.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqatda epizodik miqren diaqnozu qoyulmuş təqribən 100 nəfər iştirak edib. Bu diaqnoza görə, insanların ayda ən azı iki dəfə başı ağrıyır, ayda 15 dəfədən çox başı ağrıyanlar isə artıq xroniki miqrendən əziyyət çəkənlərdir.

Könüllülər onlayn sorğuda iştirak edərək gündə nə qədər qəhvə, çay, qazlı sular və energetik içki içdikləri barədə məlumat veriblər. Məlum olub ki, gün ərzində kofein tərkibli 3 içkidən artıq qəbul edəndə həmin gün, ya da sabahı miqren ağrıları oyanır. Eyni zamanda 1-2 stəkan qəhvə başağrısı yaratmayıb. Miqrenin yaranmasında kofeinin rolu mürəkkəbdir - çünki bu maddənin müəyyən miqdarı məhz ağrıkəsici effekt verir.

Ancaq nadir hallarda qəhvə içən insanlarda 1-2 fincan qəhvə həmin gün başağrısına səbəb ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR