Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16674
az

Moskvada tələbə qız MÜƏMMALI XƏSTƏLİKdən öldü

17:1612 Avqust, 2019
708
DÜNYA
  • A
Moskvada 20 yaşlı qız səbəbi bilinməyən xəstəlikdən ölüb.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, Voronej Dövlət Universitetinin tələbəsi olan qız imtahanları verdikdən sonra paytaxta qayıdıb. İlk gün onun hərarəti 40 dərəcəyə qalxıb, boğazı qızarıb. Valideynləri hesab ediblər ki, bu adi boğaz ağrısıdır və həkimə müraciət etmədən simptomları müalicə etməyə başlayıblar.

Sabahı gün qızda qusma və qarınağrısı başlayıb. Ailə təcili yardım çağırmalı olub. Həkimlər tələbə qıza müalicə yazıblar. Ancaq tezliklər qızın əl və ayaqları göyərib, əzələlərində ağrılar başlayıb, hətta ağrı elə güclüymüş ki, zavallı tərpənə bilmirmiş. Evə çağırılan terapevt simptomlarda qeyri-adi heç nə tapmayıb və bədənin susuzlaşmasına qarşı dərman vasitələrini qəbul etməyi davam etdirməyi tapşırıb.

Bundan sonra qızın əl və ayaqları soyuyub, onlar hissiyyatını itirib. Sonda ağzı da keyiyib. Evə çağırılan həkim deyib ki, qız komaya düşüb və reanimasiya həkimlərini çağırıb. Ancaq həkimlər tələbəni xilas edə bilməyiblər. Ölüm səbəbini ekspertiza ortaya çıxaracaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi