Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16590
az

Qurbanı uşaqların gözü qarşısında kəsməyin! - İlahiyyatçı əhaliyə səsləndi

09:1609 Avqust, 2019
529
CƏMİYYƏT
  • A
 
Qurban bayramında heyvanların kütləvi şəkildə uşaqların gözü qarşısında kəsilməsi onların psixologiyasına mənfi təsir edə bilər.

Bunu Oxu.Az-a açıqlamasında ilahiyyatçı İsmayıl Əhməd bildirib.

O qeyd edib ki, İslam dünyasının əsas iki bayramından biri olan Qurban özünəxas qaydaları ilə məhz Məkkədə qeyd olunur:


“Məkkədə heyvanların yaşı, cinsiyyəti və kəsilmə qaydaları ilə bağlı xüsusi şərtlər var. Orada hər bir heyvanın yaşına fikir verilir. Qoyun altı aylıqdan, inək və dəvə isə bir yaşdan yuxarı olanda kəsilə bilər. Həmçinin Məkkədə kəsilən qurban mütləq erkək olmalıdır. Çünki şəriət qaydalarına əsasən, dişi heyvanın kəsilməsinə icazə verilmir.

Bizdə isə bəzi şərtlərə əməl olunmur. Azərbaycanda heyvan yaşından və cinsiyyətindən asılı olmayaraq kəsilə bilər. Əgər kimsə bayramda erkək heyvan kəsməyi niyyət edibsə, bunu etməlidir. Amma heç bir niyyəti yoxdursa, sadəcə ənənəvi olaraq Qurban bayramında ehsan nöqteyi-nəzərindən qurban kəsmək istəyirsə, istənilən yaşda qoyun və ya inək kəsə bilər. Hətta imkanı olduğu təqdirdə, dəvə də kəsə bilər”.

İ.Əhməd deyib ki, bayramda qurban əti, əsasən, imkansız ailələrə verilməlidir:

“Qurban kəsənin ehtiyacı varsa, ətin bir hissəsini özünə götürə bilər. Şəriətdə xüsusi çəki və ya bölgü yoxdur. Qurban ətinin böyük bir hissəsini ehtiyacı olanlar arasında bölmək lazımdır. Amma bölgü zamanı nəzərə almaq lazımdır ki, həmin qurban ətindən bir qazan yemək bişirmək mümkün olsun.

İlahiyyatçı vurğulayıb ki, Azərbaycanda, əsasən, imkanlı şəxslər qurban kəsirlər, lakin çox vaxt bir-birilərinə paylayırlar:

“Amma qurban əti, əsasən, əhalinin aztəminatlı təbəqəsinə verilməlidir. Yəni aylarla, günlərlə ət yeyə bilməyən insanlara verilməsi savabdır. Eyni zamanda, bir çox insanların birləşib birgə qurban kəsməsinə də dini baxımdan icazə verilir. Məkkənin özündə də bir neçə nəfər birgə iri heyvanlar kəsirlər. Yalnız qoyun istisnadır. Bakıda isə qoyun da bir neçə nəfər tərəfindən kəsilə bilər”.

O bildirib ki, Qurban bayramında israfçılıq bəyənilmir:

“Heyvanlar kütləvi şəkildə insanların, xüsusilə də uşaqların gözü qarşısında kəsilməməlidir. Ola bilər ki, bu, onların psixologiyasına pis təsir edə bilər”.

İ.Əhməd qurban ətinin satılmasının doğru olmadığını da vurğulayıb:

“Qurban əti satılmır. Qurban ətinin satılması dini baxımdan da düzgün deyil. Kəsilən ət mütləq şəkildə paylanmalıdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü