Qaynar xətt:

(+99450) 247 90 86

Söküntü ərazisində faciə - Fəhlə traktorun altında qaldı

KRİMİNAL

1293

11.05.2018, 14:58

\"\" Bakıda söküntü sahəsində faciə baş verib. Oxu24.com -un  Trend-a istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan \"Mənzərə\" MMC-nin söküntü sahəsində baş verib. Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.