Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16435
az

Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT - FOTO

16:5003 Avqust, 2019
1049
CƏMİYYƏT
  • A
 
Sidik qaçırma problemi bir çox qadının həyatını kabusa çevirən xəstəlikdir. Hər 100 qadından 30-da sidik qaçırma problemi var. Türkiyəli məşhur ginekoloq Taner Usta kegel məşqinin sidik qaçırma probleminin müalicəsində effektiv nəticələr verdiyini bildirib.

Qadınlarda sidikqaçırmanın əsas səbəbləri hamiləlik və doğuşlar, menopauza (klimaks) dövrü, sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması, uşaqlıq yolu və digər ətraf orqanlarda aparılmış cərrahi əməliyyatlar, xronik qəbizlik, artıq çəki, uşaqlığın sallanması (prolapsus uteri), sidik kisəsinin (sistosele) və bağırsağın sallanması (rektosele) və sairə ola bilər. Daha çox menopauza (klimaks) və doğuş travmaları olan qadınlarda rast gəlinir. Əsasən yaşlı qadınlarda rast gəlinən problem əzələlər tonusdan düşdüyü zaman üzə çıxır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis sidikqaçırma probleminin həllində məşqlərin xüsusi rolu olduğunu, uşaqlıq və sidik kisəsi sallanmasının qarşısını aldığını vurğulayıb.

Pelvik əzələləri cinsi orqanları, bağırsaqları və sidik kisəsini dəstəkləyir. Bu nahiyədə yerləşən əzələlər zamanla öz vəzifəsini yerinə yetirə bilmir və zəifləməyə başlayır. Əzələlərin gücünü itirməməsi və vəzifəsini yerinə yetirməyə davam etməsi üçün kegel məşqi olduqca faydalıdır. Bu məşq genital bölgədə olan əzələləri gücləndirir və nəticədə sidikqaçırma probleminin qarşısını alır. Məşqlərlə həyat səviyyəsini xeyli artırmaq olar.
 Bunun üçün pelvik əzələləri müntəzəm fasilələrlə sıxın və boşaldın. Əzələləri 5 saniyəlik periodlarla hər gün 10 dəfə olmaqla gündə 3 dəfə təkrar edin. Bir müddət sonra məşq sayını artırın.

Kegel məşqlərini edərkən pelvik əzələlərinə təzyiq edən hərəkətlərdən və vəziyyətlərdən uzaqlaşmaq lazımdır. Qəbizlik pelvik əzələlərin zəifləməsinə səbəb olur, aerobika məşqləri, hamiləlik, stress, köklük, sidikqovucu vasitələr və dərmanlar bu əzələlərin güc itirməsinə səbəb ola bilər. Odur ki, əzələləri gücləndirmək üçün həyat tərzinizi də qaydaya salmaq önəmlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi