Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1640
az

Paşinyan Azərbaycana “qorxaq” deyib? – Xəbər belə yayıldı

13:1511 May, 2018
2098
SİYASƏT
  • A
 Dünən sosial şəbəkələrdə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq” tipində bir açıqlama verdiyi barədə məlumat yayılıb. Qısa müddətdə sosial şəbəkələri ağuşuna alan və hətta ciddi şəxslərin reaksiya verdiyi “bəyanat”ın mənbəyi isə yoxdur.

Oxu24.com xəbər verir ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinə səfərində işlətdiyi iddia edilən bu fikirlər onun son 4 gündə erməni mediasında yayılan heç bir açıqlamasında əksini tapmayıb. Hətta xarici mediada da Paşinyanın bu cür açıqlamasına rast gəlinmir.

Diqqətçəkən məqam isə XİN müavini Xələf Xələfovun jurnalistin Paşinyanın Azərbaycanla bağlı militarist bəyanatlar səsləndirməsi ilə bağlı sualına təəssüfləndiyini bildirməsinin həmin yönə çəkilməsidir. Belə ki, X.Xələfovun yayılan video-müsahibəsində də ona “Paşinyan Azərbaycana qorxaq deyib” sualı ünvanlanmayıb.

Bəs sosial şəbəkəni zəbt edən bu xəbər haradan qaynaqlanır?

Yazıçı Ataqam sosial şəbəkələrdə müzakirələr zamanı xəbərin Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılın sarkazmla yazdığı bir statusdan başladığını qeyd edib.

“Məsələyə aydınlıq gətirim: o yazının müəllifi – İlham bəy bir yazıçı kimi öz emosiyalarını bildirib, Paşinyanın dediyini iddia etmir, özünün yazdığı kimi, yandığından elə deyib”.

İlham İsmayılın bu sarkazmını ciddi qəbul edən tarixçi Dilavər Əzimli Paşinyanın “bəyanat”ı ilə bağlı böyük bir məqalə yazıb. Bundan sonra isə məsələ sosial şəbəkələrdə sürətlə yayılıb.

Ermənistandakı olayları diqqətlə izləyən politoloqlar da Paşinyanın bu açıqlaması ilə bağlı hər hansı mənbəyə rast gəlmədiklərini bildiriblər. Politoloq Şahin Cəfərli qeyd edib ki, Paşinyanın “Azərbaycan qorxaqdır”, “Böyük Ermənistan quracağam və əvvəlcə Türkiyəni bitirməklə başlayacağam” şəklində bəyanatları ilə bağlı hər hansı ciddi mənbəyə rast gəlməyib:

“Paşinyanın zehniyyəti və mövqeyi məlumdur, amma mən erməni saytlarında onun konkret bu cür açıqlamalarına rast gəlməmişəm. Bəlkə gözümdən yayınıb. Kimsə rast gəlibsə, söyləsin. Bunu tarixçi Dilavər Əzimli uydurub”.

Şahin Cəfərli qeyd edib ki, Xələf Xələfovu da jurnalistlərimiz çaşdırıb:

“Paşinyan o sözləri deməyib, bizimkilər uydurub. Onun real bəyanatları (separatçı rejimin tərəf kimi tanınması və s.) qalıb bir yanda, bizim jurnalistlər uydurma iddialar barədə diplomatımıza sual ünvanlayırlar”.

Tanınmış jurnalist Taleh Şahsuvarlı da sorğumuza cavab olaraq bildirib ki, belə bir xəbərə rast gəlməyib. Yazdığı statusu isə N.Paşinyanın militarist açıqlamalarına, xüsusən baş nazir kimi ilk səfərini Şuşaya etdiyinə görədir.

Politoloq Elxan Şahinoğlu isə Dağlıq Qarabağ mövzusunun lağlağıya çevrilməməli olduğunu vurğulayıb:

“Kimlərsə Nikol Paşinyanın demədiyi sözü onun adına yazıb sosial şəbəkəni lərzəyə salıblarsa, bunu etməməli idilər. Onsuz da işğala görə əsəblərimiz tarıma çəkilib. Ancaq ortada təhqir faktı həqiqətən var. Paşinyanın xarici mətbuat nümayəndələrinə dediyi sözlərdə aşağılayıcı ifadələr var”.

Qeyd edək ki, Paşinyan xarici media nümayəndələrinə Azərbaycanın “2016-cı il aprel varvarlığını” xatırladaraq, “Konflikt ona görə başladı ki, Qarabağ xalqı bu cür varvarlıqdan qorunma zərurəti hiss etdi. Burada ərazi əhəmiyyət kəsb etmir” deyib.

Həmçinin vurğulayıb ki, “bizim təhlükəsizliyimizə müdaxilə edən hər kəs peşman olacaq”.

Ümumiyyətlə, Nikol Paşinyanın diplomat deyil, diletant səviyyəsində, kütləyə hesablanan və Azərbaycanı qıcıqlandıran açıqlama və hərəkətləri ilk gündən özünü göstərir. Ancaq “Azərbaycan qorxaqdır…” ifadəsi ona məxsus deyil.   /axar.az/ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hələ də buna görə Ukraynaya PUL ÖDƏYİR

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
“Minsk Qrupu ləğv edilməlidir” - Zaxarova

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi