Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1638
az

Qayınana 35 yaşlı kürəkəninə sevişmək təklif etdi və... -

13:0411 May, 2018
2845
KRİMİNAL
  • A
Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə dustaq etiraz olaraq üzünü arxaya çevirməklə ayaq üstə dayanıb.

O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar edilib və məhkəmədən işinə ədalətli baxılmasını istəyib.

Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb.

Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum edilmiş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəkətlər etməyi təklifi edib. Onun ifadəsinə görə, qayınanası həmin zaman onunla sevişməyi təklif edib: “Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim olmayıb”.

Növbəti proses mayın 17-də davam edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ