Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16350
az

Ziya Məmmədovun qardaşının 73 min manatlıq qaz borcu: Məhkəmə qərar verib

10:2101 Avqust, 2019
829
CƏMİYYƏT
  • A
 Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti – “Bakı XXI Əsr” MMC 73 min manat cərimələnib.
Özü də keçmiş deputat olan Elton Məmmədovun rəhbərlik etdiyi qurum qazpulunu ödəmədiyinə görə haqqında məhkəmə qərarı çıxarılıb.

Bizimyol.info xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi məhkəmədə şirkətə qarşı iddia qaldırıb. Öncə iddiada göstərilib ki, “Bakı XXI Əsr” MMC-nin təbii qazdan istifadəyə görə 47 min 945 manat borcu var. “Azəriqaz” həmin məbləği və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat rüsumu sabiq deputatın şirkətindən tələb edib. Sonradan “Azəriqaz” dəqiqləşdirmə aparıb və bu zaman borcun məbləği 72 min 882 manata qalxıb.

Məhkəmə cavabdeh tərəf kimi “Bakı XXI Əsr” MMC-yə prosesin vaxtı barədə məlumat versə də, onlardan gələn olmayıb. Ona görə də “Azəriqaz”ın iddiasına qarşı tərəf olmadan baxılıb və qiyabi qətnamə çıxarılıb.

Qərar da belə olub ki, “Bakı-XXI Əsr” MMC-dən istifadə olunmuş təbii qaza görə 72 min 882 manat əsas borc, 30 manat da rüsumun əvəzi tutulub, “Azəriqaz”a ödənilməlidir.

E.Məmmədov bir müddət öncə Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Qardaşı nazir olduğu dövrdə Bakı Beynəlxalq Avtovağzalına elə “Bakı XXI Əsr” MMC vasitəsilə E.Məmmədov nəzarət edirdi.

Avtovağzal “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt Z.Məmmədovun ailə biznesini özündə birləşdirən “ZQAN Holding” tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC idi. Şirkətin təsisçisi və baş direktoru isə E.Məmmədov idi.

Sonradan bu şirkətdə direktor vəzifəsinə Z.Məmmədovun digər qardaşı Nəriman Məmmədovun oğlu Famil Məmmədovun təyin edilməsi barədə məlumatlar yayılmışdı.

2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi ayrıca qurum kimi ləğv olunub, Z.Məmmədov da vəzifəsindən çıxarılandan sonra Bakı Beynəlxalq Avtovağzalı sabiq deputat E.Məmmədovdan alınaraq, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi