Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16301
az

Kişilər bu qidaları az yeməlidir. Cinsi zəiflik

22:2630 İyul, 2019
1009
CƏMİYYƏT
  • A
Mütəxəssislərin fikrinə görə, bəzi qida məhsullarının çoxlu miqdarda qəbulu kişilərdə potensiyanın azalmasına səbəb olur.

Rusiya androloqları belə məhsulların siyahısını hazırlayıb.

Oxu24.com saglamolun.az-a istinadən kişilərdə potensiyanı azaldan məhsulların siyahısını təqdim edir:

- Lobya, mərci, noxud, soya. Bu məhsulların insan sağlamlığı üçün çox böyük faydası olsa da, onların çoxlu miqdarda qəbulu kişilər üçün ziyanlıdır. Bunun səbəbi paxlalıların tərkibində olan fitoestrogenlərdir. Bu maddələr orqanizmə qadın hormonlarına bənzər təsir edir ki, nəticədə kişilərdə testosteronun ifrazı azalır. Yenə də təkrarlayaq ki, bu yalnız tez-tez və çoxlu miqdarda istehlakı zamanı mümkündür.

- Mayalı çörək və digər mayalı un məmulatları. Mayanın həddindən artıq çoxlu miqdarda istehlakı da əsas kişi hormonu olan testosteronun ifrazını azaldır.

- Şəkər və şirniyyatlar. Damarların qənimi olan şəkər həmçinin kişi cinsiyyət sistemində damarları zədələyərək müxtəlif pozulmalara səbəb olur.

- Qəhvə, enerji içkilər, spirtli içkilər (xüsusilə pivə).

Mütəxəssislər potensiyanın azalması və cinsi zəifliyindən əziyyət çəkənlərə bu məhsullardan imtina etməyi tövsiyə edirlər. Bu kimi problemləri olmayan kişilər isə bu məhsulların istehlakını azaltmalıdır ki, gələcəkdə potensiya problemləri ilə rastlaşmasınlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi