Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
163
az

“Ermənilər yeni aprel, may, iyun döyüşlərinə hazır olsunlar” - Azərbaycanlı generaldan sensasion

12:3102 Aprel, 2018
2472
HƏRBİ
  • A
“Azərbaycan Ordusu aprel döyüşləri ilə həm Ermənistana, həm də qonşu dövlətlərə öz gücünü, qüdrətini sübut etdi”

Bunu Oxu24.com-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Y.Aydəmirov qeyd edib ki, aprel döyüşlərində ordumuzun birlikləri, birləşmələri hücuma keçməmişdi: “Aprel döyüşləri xırda bölmələrin iki istiqamətdə apardığı əməliyyat idi. Bir neçə gün davam edən əməliyyatlar nəticəsində strateji yüksəkliklər işğaldan azad edildi. Ordumuz cəmi bir neçə saat ərzində düşmənə öz gücünü göstərdi”.

Ehtiyatda olan general-leytenant vurğulayıb ki, ordumuzun bir neçə bölməsi aprel döyüşlərində erməni ordusunu əsl simasını üzə çıxardı: “Döyüşlərdən sonra Ermənistan ordusunun kəşfiyyat, rabitə, döyüş təminatı, maddi-texniki təminat idarələrinin rəisləri tutduqları postlardan qovuldular. Bunlar döyüş zamanı ən lazımlı sahələrdir. Göründüyü kimi, aprel döyüşləri zamanı erməni ordusunda çox ciddi problemlər yarandı. Bundan başqa zərbə o qədər sarsıdıcı oldu ki, müdafiə naziri, baş qərargah rəisi vəzifələrindən uzaqlaşdırıldı”.

Y.Aydəmirov bildirib ki, ermənilər aprel döyüşlərindən ötən iki il ərzində ordularında heç bir tədbir görməyiblər, görə də bilməyəcəklər: “Çünki, bunun üçün vəsaitləri yoxdur. Ancaq, son iki il ərzində Azərbaycan ordusu müxtəlif silahları silahlanmaya qəbul edib. Bunlar modernləşdirilmiş silahlardır. Bu silahları hərbi paradda görəcəklər. Bundan başqa ötən iki il ərzində ordumuz çox sayda təlimlər keçirib. Ona görə də ağılları varsa, öz xalqlarını qırdırmaq istəmirlərsə, işğal etdikləri torpaqlarımızı bu gün tərk etsinlər. Ermənilər üçün başqa çıxış yolu yoxdur”.

General vurğulayıb ki, ermənilər hər an yeni döyüşlərə hazır olsunlar: “Ermənilər hər an yeni aprel, may, iyun döyüşlərinə hazır olsunlar. Heç uzaq ayları gözləməsinlər. Azərbaycan ordusunun xidmətdə və ehtiyatda olan hər bir zabiti bu günü səbrsizliklə gözləyir. Çünki Azərbaycan ordusunun qələbəsinə heç kəs şübhə etmir. Elə Ermənistanın özündə də”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO