Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16297
az

Günahsız müsəlman 23 illik həbsdən sonra bu hərəkəti ilə qəlbləri titrədib

20:4330 İyul, 2019
706
DÜNYA
  • A
Günahsız müsəlman 23 illik həbsdən sonra bu hərəkəti ilə qəlbləri titrədib.
İnterAz “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Kəşmirin Srinaqar şəhərindən olan müsəlman Lətif Əhməd Vaza bu günlərdə 23 illik yoxluqdan sonra doğma yerlərə geri dönüb.
Belə ki, o, 16 yaşında olarkən Nepalın paytaxtında Hindistan polisi tərəfindən həbs edilib. O, Nepalda öz qohumları ilə birlikdə işləyirdi. Həmin hadisədən etibarən o, həbsxanadan kənarda olmayıb.

Lətif, onun Əli Məhəmməd Bhatta və daha bir saxlanılan Mirzə Nisar Hüseyn Dehlidə törədilmiş terror aktının törədilməsindən ittiham ediliblər. Sözügedən partlayış 1996-cı il 21 May tarixində Lacpat Naqar bazasında törədilmişdi; 13 nəfər həlak olmuş, 39 nəfər isə yaralanmışdı.
Saxlanılanlar günahkar olmadıqlarını desələr də, onlar ömürlük azadlıqdan məhrum ediliblər.

23 illik həbsdən sonra məhkəmə onların günahsız olduğunu təsdiq edib və Lətif, Əli və digərləri ötən həftə azadlığa çıxıblar.

Bundan sonra Əlinin azad edildikdən bir neçə saat sonra öz valideynlərinin qəbrləri üzərində uzanmasının kadrları yayılıb. Əli göz yaşları içərisində valideynlərinin qəbrlərinə atılıb. Ətrafdakıların əbəs cəhdlərinə baxmayaraq, Əlini bir neçə dəqiqə yerdən qaldırmaq mümkün olmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"
Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur -Tramp AÇIQLADI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi