Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16285
az

Koçaryan Ermənistan üçün dəhşətli SSENARİNİ AÇIQLADI: Qarabağ...

15:1430 İyul, 2019
1022
  • A
“Ermənistan üçün xarici siyasətdə dəhliz fövqəladə halda daraldı
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Ermənistanın səsi” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir gecə içində siyasi oriyentasiyasını dəyişən hakimiyyət üçün vəziyyət ağırlaşır: “Səmimiyyəti təqlid edirlər ki, bu da həmişə alınmır. Burada siyasi riyakarlıq ortaya çıxır, nəticədə tərəfdalarla münasibətlər pozulur”.

Koçaryan hesab edir ki, Ermənistan üçün geosiyasi vəziyyət çətinləşib.

“ABŞ-İran münasibətləri, gürcü iqtisadiyyatında yeni çətinliklər və Türkiyə-Azərbaycan amilinin artması Ermənistan və Qarabağ üçün gələcək çağırışları özündə saxlayır. Bizim ölkəmiz bu çağırışlara qarşı durmağa hazırdırmı, yoxsa biz inkişaf imkanını qəti şəkildə itirə bilərik. Məsələni düzgün qoymalıyıq. Regionumuzun nüfuzlu oyunçusu olmaq Ermənistana lazımdır? Biz nə ilə maraqlanmalıyıq, qonşularımızdan üstün cəhətlərimiz nədir, problemlərimiz haradadır? Bu məsələlərin dürüst cavabı arzuolunmazdır. Biz dörd ölkənin arasında sıxılıb qalmışıq. Bizim Türkiyə və Azərbaycanla münasibətlərimiz yaranmadı, İran ABŞ-ın sanksiyalarına məruz qalır. Gürcüstan Ermənistana zidd olan geosiyasi ittifaqa fəal meyil edir. Ermənistanda demoqrafik vəziyyət pisləşir, əhali qocalır. Türkiyə və Azərbaycanla münasibətlərin problemli olması bizim regional imkanlarımızı azaldır. Digər tərəfdən, təbii resursların kasadlığı bizim ölkəyə transmilli şirkətlərin marağını öldürür”, - deyə o bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi