Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16279
az

Bu ərazilərə qazın verilişi dayandırıldı

11:0830 İyul, 2019
690
  • A
 Bu gün səhər saat 09:00-dan etibarən Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələri, Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, eləcə də Xudat şəhərinin bir neçə kəndində qaz təchizatı dayandırılıb.

 
Oxu24.com xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.

Bundan başqa, bu gün saat 09:00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonu, Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qulaqdakı cingiltili ağrının SƏBƏBLƏRİ - Bunları etməyin
Əməkdar artist əməliyyat olundu
“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi