Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16212
az

Krediti olanlara PİS XƏBƏR - Faiz dərəcələri...

00:0528 İyul, 2019
806
İQTİSADİYYAT
  • A
"Mərkəzi Bankın uçot dərəcəsinin azalması kredit faizlərinin azalmasına təsir etməyəcək".

Oxu24.com xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib. Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin azaldılmasını şərh edən iqtisadçı vurğulayıb ki, yeni qərarın kredit faizlərinin azalmasına təsir edəcəyi gözlənilmir:

"Azərbaycanda iqtisadi institutlar ölü doğulub və ya ümumiyyətlə yoxdur. Ölkədə 5 il öncə uçot dərəcəsi 3% civarında idi. Kreditlər yenə də 20-35 faiz arası dəyişirdi. Hazırda uçot dərəcəsinin 8,25%-ə enməsinə baxmayaraq, kreditlər yenə də 20-35 faiz arası olacaq. Hətta uçot dərəcəsi 2 il əvvəl 15% olanda da kredit faizləri 20-35 faiz arası dəyişirdi. Yəni, bizdə kredit faizlərinin öz həyatı, öz gündəmi, öz bank yiyələri var".

Qeyd edək ki, Mərkəzi Bankın (AMB) idarə heyəti uçot dərəcəsinin 8,5 faizdən 8,25 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,25 faiz, aşağı həddi isə 6,25 faiz (uçot dərəcəsinə ±2 faizlik diapazonda) müəyyən olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü