Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16164
az

Deputat bu qərarı alqışladı: “Qardaş qardaşa evinə gəlib getməyə viza verməz...!”

17:0126 İyul, 2019
837
  • A
Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır”.

“Sherg.az”ın xəbərinə görə, bunu millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Feysbuk profilində yazıb.
Deputat bildirib ki, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə birgə paradın keçirilməsindən sonra hədsiz sevindiyim ikinci hadisə budur:
“Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuri Paşa komutanlığında qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq.
Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır. Cənab İlham Əliyevin bu cəsur jesti hər cür alqışlanası, təqdirolunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər. Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir.
Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz “Siam ekizləri” kimi Türkiyə ilə birlikdəliyimizdən asılı olacaq. Azərbaycan Prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töfhə verən hər addım alqışlanmağa layiqdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə
Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu