Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16137
az

AzTV-nin keçmiş rəhbəri ikinci dəfə ailə qurub

19:1425 İyul, 2019
1369
  • A
 AzTV QSC-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub.
Gununsesi.org-u məlumatlandıran mənbə bildirib ki, o “Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nigaha girib. Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilmişdi. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb.

Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilmişdi. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu postda qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olduğu deyilirdi.

Keçmiş sədr bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi korrupsiya ittihamlar səslənmişdi.

Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə
Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu