Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1609
az

Səlim Müslümovun yüksək vəzifələrdə olan qohumları da işdən çıxarılır

16:2010 May, 2018
1379
SİYASƏT
  • A
 ​​​​Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı Mia.az saytı yayıb. Bildirilib ki, nazirin əmri ilə aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar:
 
"Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova, digər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.

Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq:
 
"Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon social müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.

Məlumata görə, səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur və onların qısa zamanda, vəzifələrən kənarlaşdırılması gündəmdədir.

Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çxıarılanların yerinə təyinat da aparmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ