Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16057
az

5 yaşlı uşaq “Youtube” kanalı ilə necə milyonçu oldu

23:1023 İyul, 2019
667
  • A
 İnternetin köməyi ilə böyük pullar qazananlar var. “Youtube” portalında çəkdiyin videoları yerləşdirməklə milyonçu olmaq mümkündür. Hətta uşaqlar üçün də belə imkanlar yaranıb.
Oxu24.com xəbər verir ki, rus Anastasiya Radzinskaya “Youtube” videolarının sayəsində milyonçu olub. Onun “Like Nastya” kanalındakı videolarına indiyə qədər 13 milyarda yaxın baxış qeydə alınıb.

Nastyanın cəmi 5 yaşı var. Rusiyanın Krasnodar şəhərində doğulub. Günlərin birində valideynləri onun üçün “Youtube” kanalı açmaq qərarına gəlib. Üç il əvvəlki ideya böyük uğur gətirib. Nastyanın 700 milyon baxışı keçən videosu var.

Uşaq videolarda oyuncaqlar, müxtəlif oyunlar haqda danışır, atası ilə səhnəciklər yaradır. Abunəçilərin sayı 29 milyon nəfəri keçib.

Anastasiyanın anası Anna 2016-cı ilin yanvarında kanalı açanda pis qazanmadığını deyir. Xanım Radzinskayanın Krasnodarda gözəllik salonu vardı, hər ay təxminən 300 milyon rubl (5 min dollar) gəlir götürürdü. Amma “Like Nastya” kanalı onların həyatını tam dəyişib. Nastyanın aylıq qazancı 80 min dolları ötür. Ailə il ərzində gəlirini 1 milyon dollara çatdırır.

Nastyanın videoları başqa ölkədə daha çox gəlir gətirərdi. “Youtube” rus dili seqmentinə böyük pul ayırmır. Uşaq atası ilə videoları məhz ana dildə çəkir. İngilis və ya ispan dili daha sərfəli hesab edilir.

Qərbdə Anastasiyadan da çox qazanan uşaqlar var. Məsələn, “Ryan Toys Review” kanalı Rayan adlı 7 yaşlı uşağa 22 milyon dollar gətirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi