Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16054
az

Həqiqətənmi sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır?

21:3123 İyul, 2019
1201
CƏMİYYƏT
  • A
Deyirlər ki, sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır. Hətta evi cadudan təmizləmək üçün dörd küncünə sidik tökənlər var. Bunun faydası olurmu?

Əvvəla, sehr-cadunun hər hansı təsirə malik olub-olmaması barədə fikirlər fərqlidir. Bəziləri bunun mövcud olduğunu qəbul edir, bəziləri isə sehr-cadu haqqında deyilənlərin xurafat olduğunu iddia edirlər. Əlbəttə, hər bir halda, sehr-cadu ilə məşğul olmaq qəti şəkildə haramdır və günahdır. Sehri və cadunu batil etmək üçün guya üstünə murdarlıq sürtmək barədə deyilənlər kökündən yanlışdır.

Oxu24.com islam.az-a istinadən bildirir ki, bir günahla başqa günahı, bir murdarlıqla başqa murdarlığı məhv etmək olmaz. Sidik şəriətdə murdar sayılır, onun dəydiyi hər yeri pak etmək lazımdır. Öz evini sidiklə murdarlamaq, evi çirkin, üfunətli hala salmaq, mələkləri evdən qovmaq ağıllı adama yaraşan hərəkət deyil. Əgər hər hansı yazının sehr-cadu olduğu ehtimal olunursa, ona ya əhəmiyyət verəməmək və şeytanın şərindən Allaha sığınmaq, ya da həmin yazını və ya əşyanı əl-ayaqdan uzaq, çöllük yerdə torpağa basdırmaq, yaxud çay və dəniz kimi axar sulara atmaq lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ