Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16053
az

Evdə dondurma hazırlamağın ən rahat yolu

20:4623 İyul, 2019
635
CƏMİYYƏT
  • A
İlin hansı fəsli olursa olsun, dondurma öz aktuallığını itirmir. Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil.
Oxu24.com bunu nəzərə alıb, sizin üçün ləzzətli və asan başagələn dondurma resepti təqdim edir. Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.

Tərkibi:

4 ədəd yumurtanın ağı

1 stəkan şəkər tozu

1 ç/q vanil


200 qr qaymaq

1 çimdik duz

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO