Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16051
az

Ermənilərin Rusiyaya “böyük qaçışı”

20:0623 İyul, 2019
468
DÜNYA
  • A
 
Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.
Oxu24.com bildirir ki, Qaydar adına İqtisadi Siyasət İnstitutunun araşdırmasında belə deyilir.

Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 4,9 min nəfər olub.
 Cari il iyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. Rusiyaya ən çox miqrasiya edənlər həm də Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayanaya ən çox miqrasiya edənlər isə Ermənstan vətəndaşlarıdır.

“Kəskin miqrasiyanın artmasının səbəbləri bəlli deyil. Düşünürəm ki, miqrasiya qeydiyyatı və ya miqrasiya məlumatlarının işlənməsi sistemi hələ bizim bilmədiyimiz bəzi dəyişikliklərə məruz qalıb, çünki Rusiya Statistika Komitəsi onlar haqqında heç bir məlumat vermir. Bu bir növ qeyri-təbii artımdır”, -deyə İnstitutun aparıcı elmi işçisi Nikita Mkrtçyan bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu şəxsi tapana 10 milyon dollar vəd etdi
ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər
Ermənistanda əsgər GÜLLƏLƏNDİ

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR