Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16024
az

SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır

10:4123 İyul, 2019
561
CƏMİYYƏT
  • A
 
2018-ci ildə Azərbaycanda 11123 nəfərdə bədxassəli şiş aşkar edilib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb. Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4 836 nəfəri 40-59, 5 300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır.

Eyni zamanda, xəstəlik aşkarlananlardan 5 468 nəfərinin kişi, 5 655 nəfərinin isə qadın olduğu bildirilib.


Tibb elmləri doktoru, həkim Adil Qeybulla məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, uşaqlar arasında onkoloji xəstəliklər artıb.

“Uşaqlar arasında onkoloji xəstələliklərin yayılan növləri qan xərçəngi, leykoz, leykemiya və sarkomadır. Beyin şişləri də bu növə daxildir.

Ümumiyyətlə, onkoloji xəstəliklər bütün yaşlarda olan insanlar arasında daha çox yayılıb. Amma uşaqlarda artım çoxalır. Bunun da bir çox səbəbləri var. Öncə bunun əsas göstəricisi ekoloji səbəbdir. Yəni su, qida, dərman kimi bütün faktorlar nəzərdə tutulur. Bütün bunlar orqanizmin əsas mühitlə bağlı olan əlamətləridir.

Təəsüflər olsun ki, bu gün Azərbaycan əhalisi sağlam qidalanmır. Azərbaycana daxil olan qida maddələrinin keyfiyyət parametrləri xeyli aşağıdır”.

Adil Qeybulla hazırda ana südünün keyfiyyətinin çox aşağı olduğunu vurğulayıb:

“Uşaqlarda immunitet sistemi çox zəifdir. Demək olar ki, tibbi sığorta yoxdur. Uşaqların pediatrik check-up müayinə yoxlama sistemi də çox aşağıdır. Bunların hamısı, ümumilikdə uşaqlarda bu xəstəliyin yaranmasına şərait yaradır.

Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır. Bu, ananın qidaları ilə bağlıdır. Ona görə də, təbii ki, uşaqlarda immunitet sisteminin formalaşması xeyli aşağıdır. Təəssüflər olsun ki, bu baxımdan, onkoloji xəstəliklərin xüsusi çəkisi uşaqlar arasında artmaqdadır. Bu xəstəliklə bağlı olaraq dünya praktikasını tətbiq etməliyik. Ən azından gələcəyimiz olan uşaqları qorumalıyıq”.

Qeyd edək ki, bədxassəli şişlərdən 1 211-i mədə, 1 341-i traxeya, bronx və ağciyər, 1 799-u süd vəzisi, 201-i ağız boşluğu və udlaq, 426-sı qida borusu, 216-sı qırtlaq, 589-u isə düz bağırsaqda, onunla siqmavari bağırsaq birləşməsində, anusda aşkarlanan şişlərdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda müəllim vəfat etdi - FOTO
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər... - VİDEO
İqtisadiyyat və maliyyə nazirlərlərinə yeni səlahiyyəti verildi

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü