Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15904
az

28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTO

18:5219 İyul, 2019
1103
CƏMİYYƏT
  • A
 
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
Maksimum bal toplayan abituriyent bakalavr təhsilini Azərbaycanda alacağını deyib:

“Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm”.

Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:

“Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar”.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi