Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15871
az

Rentgen və KT-dan sonra nələr yeyilib-içilməlidir? – Radiasiyanın təsirini azaldan vasitələr

23:1018 İyul, 2019
1010
CƏMİYYƏT
  • A
Mütəxəssislər bildirir ki, rentgen, MRT, KT əgər çox ciddi səbəb, təcili müdaxilə tələb olunmazsa insan bədəninə, orqanizminə minimum 6 aydan bir fasilə ilə təyin olunmalıdır. Yəni bacardıqca rentgen və KT çəkimləri arasındakı müddətə riayət edin.

Son zamanlar rentgendən çox MRT və KT -  computer tomoqrafiyası etdirənlərin sayı çox artıb. Burda pasiyentlərin həkimsiz elə öz istədikləri vaxt bu müayinələrdən keçməyə imkan yaradılması, eləcə də özəl klinikalarda hər ağrının səbəbini tapmaq üçün bu kimi dəqiq metodlardan istifadəyə üstünlük verilməsidir. Əslində mütəxəssislər bu müayinələr içində radiasiya və şüalanma riski baxımından KT və rentgenin daha güclü olduğunu bildirir. Xüsusən xəstəxanada, eləcə də bir çox dövlət müəssisələrində hələ də 10 il əvvəlin rentgen avadanlığı istifadə olunursa, o avadanlıqların xəstəyə neqativ təsiri daha çoxdur.

İldə 1 dəfə rentgen, KT orqanizmi radiasiya ilə yükləmir. MRT isə xüsusən yeni cihazları bədənə heç bir şüa ötürmür.
Şüalanma dozasına görə birinci yerdə döş qəfəsi rentgenoqrafiyası gəlir, daha sonra flüoqrafiya, mammoqrafiya, bütün bədənin komputer tomoqrafiyasıdı

Oxu24.com medicina.az-a istinadən bildirir ki, rentgen, MRT və KT-müayinəsinin standartlarına görə xəstə bu müayinələrə düzgün hazırlaşmalı və minimum zərərlə çıxması təmin olunmalıdır.
- Rentgen və digər müayinələrdən sonra  bütün geyimlər, alt paltarı ayaqqabıya kimi sodalı suda yuyulur, dəfələrlə yaxalanmalıdır.
- İnsan özü müxtəlif yuyucu vasitələrlə yuyunmalıdır.  

- Orqanizmdə radiasiyanı dezaktivə etmək üçün 10 gün və daha çox  müddətdə aktivləşdirilmiş qara kömür qəbul etməlisiz. Aptekdə satılır. Müayinə olunan gündən başlayaraq çox miqdarda su ilə qəbul edə bilərsiz.
-Aptekdə olan dimetilsulfid güclü antioksidantdır, onu da qəbul edə bilərsiz.

-Müayinə olunan gün çox miqdarda təmiz su qəbul etməli. Çay, qazlı sular, qəhvə olmaz.
-Müayinədən sonrakı 2-3 saat ərzində körpə və hamilələrlə ünsiyyətdən qaçmalısız
-Müayinədən sonrakı 1 sutka ərzində turş, duzlu, ədviyyatlı qidalar olmaz.

-Südverən analar müayinədən sonra 7-9 saat ərzində döş qəfəsinə körpələrini qoya bilməz, yəni uşağı əmizdirməkdən qaçsınlar.  
-Südverən qadın KT olunubsa, sonrakı 1 sutka ərzində gələn südü sağıb atmalıdır. Çünki onun tərkibində radionuklidlər var.
-Müayinədən sonra 3 gün hər gün 2 stəkan təmiz süd, pomidor şirəsi için.

-Tərkibində yod olan qidalar seçin, çünki yod da radiasiyanı zərərsizləşdirir
-Həmçinin suda qaynadılmış düyü yeyin
-Bitki tərkibli çaylar çox qəbul edin

-Hamilə və uşaqlar zərərsiz olan Polipefan adlı absorbəedici preparatı qəbul edə bilərlər.
-Zədələnmiş hüceyrələrin sağlam hüceyrələr tərəfindən yeyilməsi üçün 1-2 sutka ac qala bilərsiz.

Unutmayın ki, hətta bir müddət rentgen, MRT və KT aparatları olan otaqda qalmaq belə insan üçün zərərlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Barcelona"nın prezidenti Bakıda XALÇA TOXUDU -ANBAAN VİDEO
Bəzi fermerlərə əlavə SUBSİDİYALAR VERİLƏCƏK
Xalq artistinin oğlu vəfat etdi -FOTO

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO