Qaynar xətt:

(+99450) 247 90 86

6 ay sonra bazarda yumurta tapmaq olmayacaq! - Toyuqlar tələf edilir

CƏMİYYƏT

687

17.07.2019, 22:12

\"\" Türkiyə ilə İraq arasında yumurta böhranı baş verib. İraq höküməti mayın 1-dən Türkiyədən yumurta idxalını dayandırdığı üçün yumurta istehsalçıları çətin vəziyyətdə qalıb. Yem xərclərini qarşılaya bilməyən istehsalçılar son 20 gündə 1 milyon toyuğu tələf etmək məcburiyyətində qalıblar. Bu vəziyyətin 6 ay davam edəcəyi təqdirdə bazarda yumurta tapmağın mümkünsüz hala gələcəyi bildirilir. Qeyd edilir ki, embarqo qoyulan tarixdən bu yana 17 milyon toyuq tələf edilib