Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15842
az

Krediti tez ödəmək istəyərkən suda boğulub öldülər

21:2617 İyul, 2019
590
CƏMİYYƏT
  • A
 Rusiyanın Perm vilayətində krediti ödəməyə tələsən ər-arvad həyatını itirib. Verxnyaya Staritsa qəsəbəsində yaşayan Aleksey İsayev və həyat yoldaşı çayda batıblar.
Oxu24.com xəbər verir ki, qəsəbədə ödəniş terminalı olmadığından ər-arvad özünü Kama çayını rezin qayıqda keçərək Kasimovkaya çatdırmağa çalışıb. İsayevlər ailəsindəki yeganə övlad Olqa Lyudskaya iddia edir ki, bankdan həmişə krediti vaxtında ödəməyə tələsdirirlərmiş. Yol bərbad vəziyyətdə olduğundan, üstəlik, Kasimovkaya yol çayı keçməklə xeyli qısaldığından, onlar bu üsula əl atıblar.
Lyudskaya danışır ki, valideynləri son ödənişini etməliymiş. Yəni ər-arvad kreditdən canını qurtarmağa tələsirmiş.
Verxnyaya Staritsa qəsəbəsinin sakinləri, demək olar, hər gün özünü belə riskə atır. Yerli icra strukturları yolların qaydasına salınması üçün heç bir iş görmür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi