Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15839
az

Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlandı

19:4017 İyul, 2019
596
CƏMİYYƏT
  • A
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Ağdaş rayonu, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib.

Oxu24.com xəbər verir ki, baxış zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Alkoqolsuz içkilər istehsalı  müəssisəsində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu haqda heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Sexdə "Bünaytur", "Tala", "Lavizna" əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz içkilər (limonad) istehsal olunur.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.





  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...