Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15829
az

Həbsxanadan dəhşətli video yayıldı: Məhbusların əl-qolun bağlayıb...

16:1717 İyul, 2019
2018
  • A
 
Rusiya mətbuatında həbsxana gözətçilərinin məhbuslara qarşı törətdikləri qanunsuzluqları, işgəncələri əks etdirən kadrlar yayımlanıb.

Həmin kadrlarda işgəncəyə məruz qaldığı aşkar görünən iki məhbusdan biri azərbaycanlıdır.

Belə ki, məhbuslara qarşı "profilaktik tədbirlərlə" bağlı rəhbərliyə məruzə edən həbsxana işçisi onlardan birinin Abdullayev Coşqun Əhmədiyyə oğlu olduğunu deyir. Bildirir ki, C.Abdullayevin üzərində bir ədəd üzqırxan aşkarlanıb. Kadrlardan o da görünür ki, C.Abdullayev həbsxana işçilərinin hücumuna məruz qalarkən özünə xəsarətlər yetirməyə çalışır. Daha sonra onu yerlə sürüyərək, döyürlər.

Qeyd olunur ki, bu kadrlar həbsxana işçisinin üzərindəki kamera vasitəsilə qeydə alınıb. Həmin görüntülərin məhbuslara qarşı işgəncələri əks etdirən hissələri pozulsa da, sonradan ekspertlər onları bərpa edə biliblər.

Bu görüntülər Rusiyada ciddi əks-səda doğurub və hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra həbsxana işçilərinə qarşı cinayət işi açılıb. Qeyd edək ki, hadisə Yaroslavl şəhərindəki 1 nömrəli həbsxanada hələ 2016-cı ildə baş versə də, onun görüntüləri yeni üzə çıxıb və bundan dərhal sonra baş verənlərlə bağlı cinayət işi açılıb.



Kadrlarda göstərilir ki, C.Abdullayev 3 il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun artıq neçə müddət həbsxanada olduğu isə bildirilmir. Bunları nəzərə alsaq, güman etmək olar ki, həmin şəxs artıq azadlıqdadır.

(azpolitikainfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: İt  azərbaycanlının  barmağını qopardı
Tükürpədən görüntü: Suya salınan pişik
Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü