NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin məruzəsində təsadüfən ABŞ-ın nüvə silahlarının saxlandığı yerlər göstərilib.
“
The Washington Post”un məlumatına əsasən, Belçikanın “De Morgen” qəzeti ötən gün məruzənun surətini dərc edib.
Məqalədə qeyd edilir ki, bombalar Birləşmiş Ştatların və Avropanın altı bazasında saxlanılır: “Kleine Brogel” (Belçika), “Büchel” (Almaniya), “Volkel” (Niderland), “İncirlik” (Türkiyə), “Aviano” və “Ghedi-Torre” (İtaliya)
Sənəddə məlumat heç bir istinad verilmədən göstərilir. Məruzənin müəllifi Cozef Dey bəyan edib ki, sənəddəki bütün informasiya açıq mənbələrdən əldə edilib.
NATO-dakı adının açıqlanmasını istəməyən mənbə isə qeyd edib ki, bu, alyansın rəsmi sənədi deyil.
Oxu24.com
ŞƏRHLƏR