Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1578
az

Bakıda insanları təşvişə salan qoxu yayıldı - Nazirlik hərəkətə keçdi

18:3109 May, 2018
1433
CƏMİYYƏT
  • A
 Bir neçə gündür, Bakının Xətai, Nizami, Səbayıl rayonlarında əhali havadan gələn kəskin iy-qoxudan əziyyət çəkir.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, sözügedən rayonun ərazisində yaşayan sakinlər bu barədə sosial mediada paylaşımlar edib. Paylaşımlardan məlum olur ki, iy insanlarda kəskin baş ağrısı, boğazda qıcıqlanma, halsızlıq yaradır. Bundaq əlavə nəfəsalmada çətinlik yaşanır. Bütün bu sadalananlardan isə daha çox uşaqlar əziyyət çəkir. Əhali qoxudan xilas olmaq üçün pəncərələri bağlayıb yatmalı olur.
 
Sosial şəbəkə istifadəçilərindən biri iddia edir ki, bu iy-qoxunun səbəbi neft emalı zavodlarıdır: "Neft emalı zavodları istehsal zamanı zərərli maddələrin utilizasiyası üçün lazım olan işləri görmür. Bunun üçün lazım olan avadanlığı almır. Utilizasiya prosesi üçün təbii ki, müəyyən qədər pul ayrılmalıdır. Ona görə zavoddan borularla atmosferə birbaşa olaraq zərərli - metan serovodorod kimi qazlar buraxılır. Zavod milyonlarla pulu silir və utilizasiya aparmır. Əvəzində əhali qazdan boğulur, zəhərlənir, gələcəkdə onkoloji xəstəliklərlə üz üzə qalır”.

Dünən isə, sakinlərdən bir qrupu petisiya başlatmaq üçün rayonların sakinlərinə müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, nazirliyin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib.

Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, "Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub.  Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və "Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.

Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin