Füzuli rayonun, Horadiz qəsəbəsində çayxanada baş verən bıçaqlanma ölümlə nəticələnib.
Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilib.
N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Oxu24.com
ŞƏRHLƏR