Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15760
az

"Onlar Mirşahinin hansı yuvanın quşu olduğunu bilməlidirlər..." -Mirşahin müxalifət televiziyasına şok müsahibə verib

12:1616 İyul, 2019
1085
SİYASƏT
  • A
 

"İndi biz mövqeliyik. Mövqeli olub qərəzsiz olmaq mümkün deyil. Qərəz sözü bütün hallarda qaba ifadədir. Mən bu sözdən qaçıram. Biz indi tərəfliyik".

Bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının "Qaynar Qazan" layihəsinə müsahibəsində deyib.

M. Ağayev indi dövlətin tərəfində olduğunu qeyd edib: "Bu ifadə bəlkə də çoxlarında qıcıq doğuracaq. Amma mən bunu belə başa düşürəm və bu tək mənim düşüncəm deyil. Azərbaycanda belə düşünənələrin sayı yəqin ki, lap çoxdur. Mən Azərbaycan dövləti və Azərbaycan prezidenti deyəndə onları bir-birindən ayırmıram. Mənim üçün dövlət prezident, prezident də dövlətdir. Yəni dövlət İlham Əliyevdir...".

M. Ağayev qeyd edib ki, o 25 il vətəndaş mövqeyini jurnalistika prinsiplərinə qurban verib: "Amma məhz 2016-cı ildən sonra baş verənlər göstərdi ki, Azərbaycanda heç kim tərəfsiz olmamalıdır.




Bu il 30 il tamam olacaq ki, jurnalistika ilə məşğul oluram. Hesab edirəm ki, bu gün Azərbaycanda yaçayan adamlar, məni tanıyanlar Mirşahinin hansı yuvanın quşu olduğunu bilməlidirlər. Ona görə yox ki, şahin quşdur, filan... Sadəcə olaraq arxamca gələn adamlar bilməlidirlər ki, onları hara aparıram.

Mən o adamlarla heç vaxt razılaşmayacağam ki, 11 ay hakimiyyəti əlində saxlaya bilməyiblər və 26 ay əlində saxlayanlardan tələb edirlər ki, "sən get mən gəlim". Mən onları heç vaxt qəbul etməyəcəyəm". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli  Kərimliyə həbsxanada təcavüz edilib
Səudiyyə Ərəbistanı İranla barışır? - ABŞ-ın məyus etdiyi vəliəhd Pakistan və İraqa minnətçi düşüb

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO