Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15740
az

Bu qidalar dişləri MƏHV EDİR - Məşhur stomatoloqdan VACİB XƏBƏRDARLIQ

20:3815 İyul, 2019
719
  • A
Türkiyəli stomatoloq Oğuz Kara dişlərin çürüməsinə yol açan 10 zərərli ərzağın adını açıqlayıb.

Oxu24.com dişlərin çürüməsinə səbəb olan məhsulların siyahısını təqdim edir:

Ağ çörək

Tüpürcəkdə olan amiloza fermenti karbohidratları şəkərə çevirən fermentdir. Ağızda bakteriyaların şəkəri yeməsi nəticəsində turşuluq ələmə gəlir. Əgər ağızda diş daşı yoxdursa, şəkəri turşuya çevirəcək və diş çürüyü yaradacaq təhlükə yoxdur.

Siqaret

Diş və diş ətinə zərər verir, ağız qoxusuna səbəb olur.

Alkoqol

Tüpürcək dilimizdəki diş daşlarının və turşunun təsirini azaldacaq ilk müdafiə vasitəsidir. Odur ki, ağız quruluğuna səbəb olacaq hər şey diş üçün zərərlidir. Spirt də ağız quruluğuna səbəb olacağı üçün həddi aşmaq olmaz.

Kola

Ən zərərli içkilərdən biridir. Çünki tərkibinə həm fosfor turşusu, həm şəkər, həm də sitrik turşusu daxildir.

Lokum, jelatin və marmalat kimi məhsullar

Şirin qənnadı məhsullardan daha zərərlidir. Çünki daha çox şəkərə səbəb olur və eyni zamanda sitrik turşu daşıyırlar.

Meyvə suları

Ph səviyyəsi 7 dən aşağı olan qidalar dişlərə zərər verir. PH-ı 1, 2,5 olduğu üçün meyvə suları da dişlərə zərərlidir.

Limon

Ph-ı 2 olduğu üçün dişlərə zərərlidir.

Enerji içkiləri

Sitrik turşu və şəkər ehtiva etdikləri üçün zərərlidir.

Meyvə qurusu

Quru meyvələr karbonhidrat ehtiva edir. Eyni zamanda quru meyvələr yapışqanlığı səbəbiylə ağız içində daha uzun müddət qalır. Tez-tez quru meyvə yeyib dişləri fırçalamamaq onların çürüməsinə səbəb olur.

Buz

Buz çeynəmək yaxşı fikir deyil. Buz çox sərtdir. Əgər iri plomblar varsa, dişləriniz buz yediyiniz zaman çox asan bir şəkildə qırıla bilər. Soyuq eyni zamanda dişlərin qamaşmasına səbəb də ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama
Yumurta qaynatmaq sadə iş deyilmiş... -ŞOK ARAŞDIRMA
Zelenski: "Trampın sülh planı yoxdur"

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi