Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15736
az

Gürcüstan Sərhəd Polisi Azərbaycanla sərhəddə baş verən insidentə aydınlıq gətirib

19:5315 İyul, 2019
623
SİYASƏT
  • A
 
Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.

Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: “Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.

T.Kupatadze azərbaycanlı sərhədçilərin məbəddən ayaqyolu kimi istifadə etməsi barədə yayılan məlumatları təkzib edib: "Zəvvarlar və turistlər məbəd ərazisini zibilləyirlər. Məbəd ərazisində Azərbaycan tərəfi təmizlik işləri aparıb". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi