Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15725
az

BAKIDA QORXUNC HADİSƏ: Azyaşlı qıza bıçaqla hücum etdi

17:3915 İyul, 2019
475
  • A
 
Bakıda soyğunçuluq və quldurluq etmiş şəxsin məhkəməsi başlayır.

Xəzər rayonunda azyaşlı qıza bıçaqla hücum edən 1963-cü il təvəllüdlü Stupka Ədalət Füzuli oğlu barəsindəki işin ibtidai istintaqı yekunlaşıb. Xəzər Rayon Polis İdarəsində aparılmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Romella Allahverdiyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ə.Stupkaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə ittiham elan edilib. İş üzrə 2 qadın zərərçəkən şəxs qismində tanınıb. Hazırlıq iclası iyulun 24-nə təyin edilib.
Ə.Stupka daha əvvəl də bir neçə dəfə həbsxana həyatı yaşayıb.

Hadisəyə gəlincə Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Ədalət Füzuli oğlu Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib. (News24.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıt sakini spirtli içkidən öldü
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı
Ağdaşda azyaşlı kanalda boğuldu

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi