İndoneziyada rixter cədvəli üzrə 7,3 bal gücündə zəlzələ baş verib.
Oxu24.com BBC-yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Şimali Maluku əyalətindən 102 kilometr məsafədə yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra sunami barədə xəbərdarlıq edilməyib. Lakin sakinlər hər ehtimala qarşı sahilyanı ərazilərdən kütləvi şəkildə müvəqqəti yüksək ərazilərə axın edir. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən il Sulavesi adasında baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 4 mindən çox insan həyatını itirib. Oxu24.com
ŞƏRHLƏR