Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15675
az

Sabah hava necə olacaq?

15:4314 İyul, 2019
404
CƏMİYYƏT
  • A
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu: 21-22° isti, cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı