Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15674
az

"Azərişıq" bir ailəyə 34 min manat işıqpulu yazdı

14:4914 İyul, 2019
596
CƏMİYYƏT
  • A
 "Azərişıq” ASC-nin əməkdaşları Yevlaxın Yaldili kəndində sayğaclardan birinə əlavə naqil qoşulduğunu görüb, buna görə akt tərtib ediblər. Bu əsasla da Habil Cəmilova 34 min 287 manat borc yazıblar.

Oxu24.com bizimyol.info-ya istinadən xəbər verir ki, kənddə Habil Cəmilovun təxminən 1000 kvadrat metrlik bir əmlakı var. Kənd sakinləri bəzən böyük şadlıq məclislərini, toylarının orada keçirirlər.

Birinci qrup əlil olan Habil Cəmilov deyir ki, bu akt qanunsuz və ədalətsizdir. Onun sözlərinə görə, martın 8-də kənd sakinlərinin birinin toyu vaxtı elektrik naqillərində problem yaranıb. İş günü olmadığı üçün elektrik şəbəkəsinə xəbər verə bilməyiblər:

"Təcili normal enerji lazım olduğuna görə müvəqqəti sayğacdan kənar şəbəkəyə qoşublar. Bundan təxminən bir saat sonra "Azərişıq”ın əməkdaşları gəlib, sayğaca baxıblar. Akt tərtib ediblər. Deyiblər ki, guya yaranan problemin aradan qaldırılması barədə aktdır, ona qol çəkdiriblər. Dörd gün sonra – martın 12-də 34 287 manatlıq cərimə borcu barədə akt göndəriblər”.

H.Camilovun sözlərinə görə, bu əmlak 2006-cı ildən mövcuddur və ötən 13 ildə sərf olunan elektrik enerjisinin dəyəri 20 min manatı keçməyib. O bildirir ki, burada aylıq enerji sərfiyyatı 50, 100, ən çox olduğu halda, 200 manatlıq olub: "Məsələn, 2016-cı ildə bütövlükdə cəmi 1685 manatlıq enerji sərf olunub, bu da aylıq ortalama 140 manat eləyir. 2017-ci ildə cəmi 1085 manatlıq işıqpulu gəlib. Bu da aylıq ortalama 90 manat eləyir. 2018-ci ildə də 1370 manat olub – aylıq orta hesabla 114 manat. Bu ilin yanvarında 83 manat, fevralında da 98 manat olub. İşıqpulu da daim vaxtlı vaxtında ödənilib”.

H.Cəmilov bildirir ki, "Azərişıq”ın əməkdaşları fevral ayında sayğaca baxış keçirəndə də heç bir problem (kənar qoşulma) görməyiblər. Onun fikrincə, kənar qoşulmaya görə əlavə sərfiyyat hesablanırsa, bu, aylıq sərfiyyatdan çox olmamalıdır.

Günahını etiraf edən, sadəcə, cərimənin ədalətli olmasını istəyən H.Cəmilov məhkəməyə müraciət edib. O, 34 min 287 manatlıq cərimədən 555 manatı ödəyib.

Məhkəmə H.Cəmilovun iddiasını təmin edib, onun ödədiyi məbləğ çıxılmaqla, yerdə qalan 33 min 732 manatlıq borcun silinməsi barədə qərar çıxarılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurtanın əsas faydalı xüsusiyyətləri AÇIQLANDI -Sən demə...
Bakıda tanınmış həkim vəfat etdi -FOTO
Bakıda kafedə yanğın oldu

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR