18 yaşlı oğlan 26 iyun tarixində yüksək hərarət, qusma, titrəmə diaqnozu ilə xəstəxanaya gətirilir, həkimlər onda ağır forma hepatit diaqnoz qoyur. 2 gün sonra gəncin vəziyyəti ağırlaşır və o, komaya düşür.
Oxu24.com xəbər verir ki, Hindistanın Telinqan ştatında baş verən bu hadisə zamanı həkimlər dəhşətli səhvə yol veriblər.
Onlar komaya düşən oğlanın 3 iyul tarixində ölüm faktını təsdiqləyiblər.
Kiran adlı oğlanı valideynləri kəndə gətirib, adətə uyğun olaraq kmesiyaya-yandırılmaya hazırlayırlar. Kremasiya zamanı ana oğlunun gözlərindən bir iki damla yaş axdığını görür. Onu inandırsalar da ki, oğlun ölüb, bu sadəcə göz damarlarının quruması zamanı çıxan yaşdır, inanmayıb. O, təcili yardım və həkim çağırır. Həkim uşağın ürəyinin hələ də vurduğunu təsbit edir və təcili aparata qoşulmasını tələb edir.
3 gün sonra xəstəxanada gözünü açan Kiran yavaş-yavaş danışmağa da başlayıb. Ana isə oğlunu diri-diri yandıracağını düşündükcə dəhşətdən özünə gələ bilmir. Ailə özəl xəstəxananı hələ ürəyi dayanmayan xəstəyə yanlış ölüm təsdiq etdiyi üçün məhkəməyə verməyə hazırlaşır.
Oxu24.com
ŞƏRHLƏR