Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15646
az

Pir, ocaq və “müqəddəslərin” cəddi insani vura bilərmi?

20:2013 İyul, 2019
782
  • A
 
Günümüzdə bir çox insan, müxtəlif pir və ziyarətgahları ziyarət etməyi, İslam dininə aid bir prinsip hesab edir. Hətta, "müsəlmanlıq - budur" - deyə düşünənlər belə vardır. Halbuki, İslam dini, Allahla insan arasına salınmış və qazanc vasitəsinə çevirilmiş bu vasitələri kökündən rədd etmiş və Allahla, arada heç bir vasitə olmadan birbaşa ünsiyyətə təşviq etmişdir. Uca Allah buyurmuşdur:

"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!.." (Quran, 40/60)

Oxu24.com islamevi.az-a istinadən bildirir ki, insanlar, uydurulmuş vasitələri bəzən o qədər ucaldırlar ki, buna qarşı haqlı etiraz edənləri, "o, müqəddəs insandır, ona yüzlərlə inanan var, şəkk eləmə" - kimi sözlərlə, elmsiz və əsassız "arqumentlər" irəli sürə bilirlər.. Uca Allah, insanların uydurduqları "vasitələri" tərk etməyi və Ona yalnız Öz təyin etdiyi həqiqi vasitələrlə yaxınlaşmağı əmr etmişdir. Özünü müsəlman adlandıran səmimi bir insan üçün Uca Allahın bildirmiş olduğu həqiqi vasitələr kifayət etməlidir.

"Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar." (Quran, 7/180)

Məkkə müşrikləri Peyğəmbərimizə (ona salam olsun) "ilahlarımızı/tanrılarımızı/bütlərimizi pisləmə, bu sənə zərər vurar (loru dildə desək, "cəddi səni vurar") - deyirdilər. Hz. Məhəmməd 'Uzza' adlı bütü qırmaq üçün Xalid b. Valid'i göndərdikdə, büt'ün gözətçiləri, "bax oğul, onun (Uzza'nın) qəzəbinə düçar olacaqsan, başına bir iş gələcək" - demişdilər. Məşhur səhabə Xalid isə, buna fikir verməmiş, büt'ün burnunu qırmış, bu qorxutmaların heç bir nəticə vermədiyi ortaya çıxmış və bu haqda aşağıdakı ayə nazil olmuşdu:

"Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz". (Zumər, 36)

Duasının qəbul edilməsini istəyən bir insan, Allah'a boyun əyərək, gözəl əməllər etməklə, buna öz evində də rahatlıqla nail ola bilər.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama
Yumurta qaynatmaq sadə iş deyilmiş... -ŞOK ARAŞDIRMA
Zelenski: "Trampın sülh planı yoxdur"

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi