Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15643
az

Yeni çıxan dərmanların yarısı faydasız və əhəmiyyətsizdir

19:3613 İyul, 2019
697
CƏMİYYƏT
  • A
Farmakoloji bazara çıxarılmış yeni dərmanların yarısı əvvəlki mövcud dərmanlara baxdıqda faydasız və lazımsızdır. Bu fikri Almaniya səhiyyə sistemi nümayəndələri bildirib.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, Dərmanların keyfiyyəti və effektivliyi institutunun mütəxəssisi Beat Vizeler apardıqları araşdırmanın nəticələrini dərc edib.
2011-2017-ci illərdə Almaniyada qeydiyyatdan keçmiş 216 adda dərman preparatlarından cəmi 54-ü (25%)tərkibində əsaslı dəyişiklik və effektivliyini sübut edib. Qalanları artıq bazarda olan preparatların analoqudur və heç bir üstünlüyü yoxdur.

36 adda dərmanın isə effekti o qədər minimal olub ki, onu təyin etmək belə mümkünsüz idi.
Ən şoka salan məqam odur ki, psixiatriya və nevrologiya üzrə yeni dərmanların cəmi 6%-də digər dərmanlardan üstünlük və fərqliliyi sübut olundu. Diabet dərmanlarında isə bu rəqəm 7% oldu.

Bəs nəyə görə Avropa bu qədər dərmanı bazara buraxmağa göz yumur?

Onlar pasiyentlərə məhdudlaşdırılmış informasiya verir və yeni dərmanların daha çox pasiyentə çatmasına çalışır.

Məsələn, EMA tərəfindən  2009-2013-cü illərdə  icazə verilmiş  onkoloji xəstəlik dərmanlarının əksəriyyətinin kliniki
əhəmiyyəti və pasiyentin  ömür artımına təsir etməsi barədə faktlar yox idi. İllər keçsə də həmin dərmanlar satışdadır və effektivliyi hələ də sübut etməyib.

Alimlər hesab edir ki, dar çərçivədə klinik tədqiqatdan keçmiş, müəyyən yarımqrup pasiyentlərə kömək edən dərmanların eyni xəstəlik üzrə bütün pasiyentlərə çatdırılması və bazara kütləvi çıxarılması gələcəkdə çox kədərli nəticələr verə bilər. Ona görə bazara yeni dərmanların hazırlanması, çıxarılmasına icazə məsələlərində reformalar aparmalı və beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı