Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15638
az

Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır - XƏBƏRDARLIQ

17:5313 İyul, 2019
608
CƏMİYYƏT
  • A
Smartfon diabet xəstəliyinin yaranma riskini artırır.

Oxu24.com Yenicag.az-a istinadən xəbər verir ki, Fransa və Niderland alimləri apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.

Tədqiqat zamanı neyribioloqlar siçanlara gecə vaxtı smartfon işığına məruz qoyaraq, onların qida seçimi və gün ərzində toxuma və qanda qlükoza səviyyəsinə diqqət yetiriblər.

Alimlər müəyyən edib ki, cəmi 1-2 saat mavi işığın təsirindən siçanların toxumalarında qlükozaya həssaslıq artıb, onlar preddiabet mərhələyə giriblər.

Səhəri siçanların qarşısına normal qida, adi su, donuz piyi və şirin su qoyulub. Mavi işığın təsirinə məruz qalan siçanlar digər qalmayan siçanlara nisbətən 2 dəfə çox şirin su içiblər.

Bu nəticələr aydın göstərir ki, gadjet, smartfon və digər texniki vasitələrin gecə ekranından yayılan mavi işıq orqanizin şəkərə reaksiyasını dəyişir, insanı şirniyyata meyilləndirir, toxumalarda qlükoza həssaslığını çoxaldır. Nəticədə insan daha çox şəkər tələb edərək, diabet mərhələsinə qədəm qoyur. Bu effekt daha çox kişi cinsində müşahidə olunur.

Qeyd edək ki, insan gözünün qişası telefon ekranının mavi işığına çox həssasdır və bu işığı alan göz baş beyinə siqnal göndərir. Bu siqnal isə iştaha cavabdeh hissəni qıcıqlandırır.

Əvvəlki tədqiqatlarda sübut olunmuşdu ki, gecəyarı bir neçə saat smartfon işlədənlərdə piylənmə baş verir.

Alimlər məsləhət görür ki, təcili olaraq və işi ilə bağlı gecələr telefon və noutbukda çalışanlar xüsusi tətbiq yükləyərək telefonun mavi işığını narıncı rəngə dəyişsinlər və ya xüsusi filtedici eynək taxsınlar. Bu eynəklər artıq satışda var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi