![](https://oxu24.com/uploads/posts/2019-07/1563006440_1563005614mas.jpg)
Beyləqan rayonunda dünən ölümlə nəticələnə yol qəzası baş verib.
1990-cı il təvəllüdlü Şirvan şəhər sakini Qarayev Elvin Ələddin oğlu idarə etdiyi "Vaz-2106" markalı 99-SC-790 nömrəli avtomobillə 1-ci Şahsevən kəndi ərazisində hərəkətdə olan zaman N saylı hərbi hissəyə məxsus " MAZ" markalı avtomobilin arxa təkər hissəsinə dəyib.
Nəticədə sürücü Elvin Qarayev müxtəlif bədən xəsarətləri alıb, onun yanında olan sərnişin Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Cahangirov Şərif Sabir oğlu hadisə yerində ölüb. Hazırda faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (qafqazinfo) Oxu24.com
ŞƏRHLƏR