Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15603
az

Putin yenə təhqir olundu: bu dəfə ukraynalı aparıcı tərəfindən

20:1812 İyul, 2019
796
  • A
 Rusiya Prezidenti Vladimir Putin daha bir jurnalistin təhqirinə tuş gəlib.

“Oxu24.com” xəbər verir ki, Ukraynanın “Kanal 24” televiziyasının əməkdaşı Artyom Ovdienko V.Putini hədəf alıb.

Sosial şəbəkə hesabından video paylaşan aparıcı Rusiya Prezidentinin tezliklə ölməsini arzulayıb:

“Anlaya bilmirəm, siz axı bizdən nə istəyirsiniz?”

O, Rusiyada baş verən təbii fəlakətlərdə, İrkutsk vilayətindəki daşqınlarda, sualtı nüvə aparatında yaşanan qəzada V.Putini ittiham edib.

A.Ovdienko, həmçinin Gürcüstanın “Rustavi 2” telekanalı ilə videokörpü haqqında da anons verib.

Maraqlıdır ki, sözügedən video studiyada qeydə alınıb, lakin üzərində kanalın loqosu yoxdur. Materialı “Facebook”da A.Ovdienko özü paylaşıb və belə şərh verib:

“Öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyi məcbur etmək və ya qeyri-rəsmi anons”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın müxalifyönümlü “Rustavi 2” kanalının əməkdaşı Georgi Qabuniya da efirdə V.Putini təhqir etmişdi. Onun bu hərəkəti Moskvada olduğu qədər Tbilisidə də kəskin etirazla qarşılansa da, kanal rəhbərliyi aparıcını işdən çıxarmamış, sadəcə iki aylıq uzaqlaşdırma cəzası vermişdi. V.Putin özü isə onun hərəkətini ciddiyə almadığını demişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta qaynatmaq sadə iş deyilmiş... -ŞOK ARAŞDIRMA
Zelenski: "Trampın sülh planı yoxdur"
Dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək - Tarix açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Lotereya    oğruları     tutuldu