Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15553
az

Əhaliyə leş əti satmaq istəyirdi - FOTO

15:0511 İyul, 2019
521
CƏMİYYƏT
  • A
 
10 iyul 2019-cu il tarixində, saat 23:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şossesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10-KG-920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.

AQTA-dan Oxu24.com -a verilən məlumata görə, QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var