Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15536
az

SON DƏQİQƏ: İran ordusu Britaniya gəmisinə HÜCUM ETDİ

10:5011 İyul, 2019
952
DÜNYA
  • A
 
Hörmüz boğazının şimalında iranlı hərbçilər Böyük Britaniyaya məxsus neft gəmisinə hücum edib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmilər açıqlama verib. Məlumata görə, iranlı hərbçilər 5 qayıqla hərəkətə keçərək, neft gəmisini ələ keçirməyə çalışıb.

Lakin bölgədə olan krallığa məxsus hərbi gəmilər dərhal əraziyə cəlb edilib. Onların xəbərdarlığından sonra iranlı əsgərlər geri çəkilmək məcburiyyətində qalıb. Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın İrana məxsus neft gəmisini Cəbəli-Tariq sahillərində ələ keçirəndən sonra tərəflər arasında vəziyyət gərginləşib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib
ABŞ İranla da razılaşmaya hazırdır
Polşa Avropa İttifaqı və NATO-da Ukraynanın gələcəyini görmür