Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15499
az

Güclü külək, leysan, dolu gözlənilir - Xəbərdarlıq

15:3410 İyul, 2019
687
  • A
 
Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. 

Bu sözləri ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O, vətəndaşlara müraciət edərək istirahət günləri üçün planlarında hava şəraitini nəzərə almağı xahiş edib:

"Sevindiricidir ki, iyul ayının birinci ongünlüyündə yayın qızmar istisi bizi sınağa çəkmir. Havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki, iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.  Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun.

 Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL-ın qəzaya uğrayan təyyarəsində kənar obyektlər aşkarlandı
İki dost ölkə lideri Çinə getdi
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub- Faktlar açıqlandı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb