Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15457
az

Yaponiyada bir salxım üzüm 11 min dollara satılıb

19:5809 İyul, 2019
672
DÜNYA
  • A
Yaponiyanın İşikava prefekturasındakı hərraclarda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm 1,2 milyon yenə (təqribən 11 min dollar) satılıb.

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Həmin salxımı alan Yaponiya mehmanxanlar şəbəkəsi menecerinin sözlərini sitat gətirən agentlik yazır: “Biz “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdik”.

Agentliyin bildirdiyinə görə, cari il sentyabrın sonlarınadək həmin növdən olan 26 min üzüm salxımının satılacağı gözlənilir.

“Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirləi çox dadlı meyvələrə malikdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"