Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15451
az

SON DƏQİQƏ: Putin Gürcüstanla bağlı gözlənilməz QƏRAR VERDİ

18:4009 İyul, 2019
1366
SİYASƏT
  • A
 Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini doğru hesab etmir.

Oxu24.com Ria novosti agentliyinə istinadən xəbər verir ki, Kreml rəhbəri qadağaların gürcü xalqına hörmətsizlik olacağını ifadə edib. Onun sözlərinə görə, qadağalar münasibətləri daha da gərginləşdirə bilər.

Xatırladaq ki, Dövlət Dumasında Gürcüstana qarşı iqtisadi tədbirlərin görülməsi barədə bəyənat qəbul olunub. Bəyanatda Gürcüstana qarşı sanksiyaların tətbiqinin məqsədəuyğun olduğu vurğulanıb və bu barədə prezident Vladimir Putinə müvafiq təkliflərin təqdim edilməsi tövsiyə edilib.

{banner_reklam1}


Bəyanatda deyilir ki, tədbirlər şərab, mineral su idxalını, ticarət sahəsini, o cümlədən turizmi əhatə edə bilər. Qadağaların tətbiqinin vacibliyi Rusiyaya qarşı təxribatların törədilməsi ilə əlaqələndirilib.Bildirilib ki, radikal qüvvələrin addımları ölkələr arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər. Xatırladaq ki, Gürcüstanın “Rustavi 2 “ televiziyasında Putinin təhqir olunması Rusiyada sərt etiraza səbəb olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı