Tanışlıq saytında 8 ay danışdığı kişini evinə dəvət edən qadın bir gecədə həyatının kabusunu yaşayıb.
Oxu24.com xəbər verir ki, hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində baş verib. 57 yaşlı Elaine Kaparros saytda tanış olduğu 27 yaşlı Vinisius Serranı evinə dəvət edib. İlk görüşdə birlikdə olduğu kişi tərəfindən 4 saat döyülən qadının bədənində salamat yer qalmayıb. Tanınmaz hala düşən Elainenin üz, göz ətrafı sümüklərı, burnu və dişləri sınıb. Ona 40-a yaxın tikiş qoyulub.
Çağırılan “qonağ”ın isə psixoloji problemləri olduğu sonradan məlum olub.
Səhərə yaxın səs-küyə qonşular reaksiya verib. Binanın mühafizəçiləri evə girəndə Kaparrosu yerdə qanlar içində uzanmış vəziyyətdə görüblər. Təcavüzkar isə artıq evi tərk edibmiş. Qadın həmin dəhşətli gecədə baş verənlərin yarısını xatırlaya bilmir.
{banner_reklam}
Polisə ifadəsində 57 yaşlı Kaparros bunları deyib: “Uzun müddət internetdə danışmışıq. Mən dostluğumuzun daha isti münasibətə çevriləcəyini düşünmüşdüm. Evimə dəvət edərkən çox rahat və əmin idim. Yazışmalarımız onu tanıdığıma inandırdı məni. Gecə birlikdə qucaqlaşıb yatdıq. Bir də ayılanda məni yumruqladığını gördüm. Özümü müdafiə etmək üçün qolumu qaldıranda dişlədi. Yerdə sürüyürdü, yumruqlayırdı”.
Saxlanılan 27 yaşlı Vinisius isə psixoloji problemləri üzündən qadını döydüyünü deyib.
Bu hadisə bütün ölkə mətbuatının gündəmini zəbt edib.
Polis hadisənin motivini dəqiqləşdirmək üçün açıqlama verməyib.
Oxu24.com
ŞƏRHLƏR